ABŞ-ın Vİrciniya ştatında müsahibə zamanı 2 jurnalist güllələnib

ABŞ-ın Vİrciniya ştatında müsahibə zamanı 2 jurnalist güllələnib
# 26 avqust 2015 15:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı bir jurnalist və bir fotoqraf naməlum şəxs tərəfindən güllələnib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında onlar “Bridgewater Plaza”da müsahibə alarkən baş verib. Öldürülən reportyor 24 yaşlı Alison Parker və 27 yaşlı fotoqraf Adam Vard ştatın WDBJ7 televiziyasının əməkdaşlarıdır. Hazır polis cinayətkarın tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR