İranın gömrük idarəsinin rəisi: “Azərbaycanla İran arasında sərhəd-gömrük məntəqəsində olan mübahisəli məsələlər öz həllini tapacaq”

İranın gömrük idarəsinin rəisi: “Azərbaycanla İran arasında sərhəd-gömrük məntəqəsində olan mübahisəli məsələlər öz həllini tapacaq”
# 30 sentyabr 2014 10:14 (UTC +04:00)

APA-Ecoonmics” xəbər verir ki, bu barədə İranın gömrük idarəsini rəisi Məsud Kərbasiyan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

M. Kərbasiyan bildirib ki, İranla Azərbaycan arasında sərhəd-gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi nəzərdə tutulub.

İran rəsmisinin sözlərinə görə, A. Əliyevlə görüşü zamanı istirahət günlərində də sərhəd-gömrük məntəqələrinin işləməsi müzakirə olunub. “İran tərəfi buna hazırdır. İki həftəyə artıq bunu həyata keçirmək mümkün olacaq. Biz azərbaycanlı həmkarlarımızın da bu məsələyə hazır olmağı gözəyirik”.

M. Kərbasiyan qeyd edib ki, İranla Azərbaycan arasında yük maşınlarının daşıdıqları yükə görə vergi rüsumların azaldılması, minik avtomobillərinə sərhəd-keçid məntəqələrində tətbiq olunan sığorta haqlarının azaldılması məsələsi də müzakirə olunub.

Onun sözlərinə görə, Horazdiz-Aslandüz sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı razılığın əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR