Azərbaycanda bu il sərnişindaşıma 7% artıb

Azərbaycanda bu il sərnişindaşıma 7% artıb
# 22 oktyabr 2013 14:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 161,6 mln. ton yük və 1,3 mlrd. nəfər sərnişin daşınıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bununla da ötən ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 2,8% çox yük və 7,8% çox sərnişin daşınıb.

Qeyd edək ki, bu dövrdə yük daşınması avtomobil nəqliyyatı ilə 6%, dəmir yolu ilə 0,1%, hava nəqliyyatı ilə 87,2%, sərnişin daşınması isə avtomobil nəqliyyatı ilə 8,1%, metro ilə 6,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR