Avropa İttifaqının komissarı sabah Ermənistana səfər edəcək

Avropa İttifaqının komissarı sabah Ermənistana səfər edəcək
# 17 mart 2015 09:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han martın 18-də Ermənistana səfər edəcək.

APA-nın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı xəbərə əsasən, Y. Han ölkə prezidenti Serj Sarkisyan və baş nazir Ovik Abramyanla görüşəcək.

Avropa İttifaqı komissarı həmçinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla danışıqlar aparacaq. Səfər çərçivəsində Y. Hanın Avronest Parlament Assambleyasının İrəvanda keçirilən 4-cü plenar iclasında çıxışı da gözlənilir.

Xatırladaq ki, Y. Han aprelin 7-8-də Azərbaycana səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR