BQXK nümayəndələri bir neçə gün əvvəl Azərbaycan sərhədini keçən Ermənistan vətəndaşına baş çəkiblər

BQXK nümayəndələri bir neçə gün əvvəl Azərbaycan sərhədini keçən Ermənistan vətəndaşına baş çəkiblər
# 10 sentyabr 2014 08:59 (UTC +04:00)

BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, görüş sentyabrın 8-də baş tutub.

BQXK nümayəndələri saxlanılan şəxsin ailə üzvlərini və Ermənistan hakimiyyətini görüş barədə məlumatlandırıblar. Saxlanılan şəxsdən ailəsi üçün məlumat alınıb və bu məlumatlar onun ailəsinə çatdırılıb.

Qeyd edək ki, avqustun 26-da Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR