Şəmkirdə faciəli hadisə baş verib

Şəmkirdə faciəli hadisə baş verib
# 15 iyul 2013 12:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Şəmkir rayonunda faciəli hadisə baş verib. Şəmkir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, iyulun 13-də saat 18.00 radələrində Şəmkir rayonunun Keçili kəndi ərazisindəki əkin sahəsində Gədəbəy rayon sakini Qüdrət Alməmmədova məxsus “ZiL” markalı avtomaşına ot yükləyən Təzəkənd kənd sakini Vüsal Həsənovu elektrik cərəyanı vurub. Cərəyan vurması nəticəsində yanğın baş verib. Avtomaşının yanar konstruksiyaları, yük yerinə yığılmış ot, habelə 3 hektar sahədə kol-kos yanıb. Vüsal Həsənov xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR