DİN Şirvan və Mingəçevirdə xüsusi əməliyyat keçirib, altı nəfərdən ibarət silahlı dəstə zərərsizləşdirilib - VİDEO

DİN Şirvan və Mingəçevirdə xüsusi əməliyyat keçirib, altı nəfərdən ibarət silahlı dəstə zərərsizləşdirilib - <span style="color: red;">VİDEO
# 02 may 2015 12:20 (UTC +04:00)

DİN-in mətbuat xidmətindən APA-ya evrilən məlumata görə, nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və adları çəkilən şəhərlərin Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin külli miqdarda alqı-satqısı ilə məşğul olan, 4-ü əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 6 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb.

Baxış zamanı onlardan 2 avtomat, 1 tapança, 7 əl qumbarası, 800 qram partlayıcı maddə, 65 ədəd müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda, 6,5 kiloqrama yaxın narkotik vasitə olan tiryək və heroin götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR