Türkiyənin bütün ərazisində qəfil elektrik kəsintisi baş verib, səbəblər arasında terror versiyası da var

Türkiyənin bütün ərazisində qəfil elektrik kəsintisi baş verib, səbəblər arasında terror versiyası da var
# 31 mart 2015 12:32 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün bütün ölkə boyu elektrik enerjisinin qəfil kəsilməsinə münasibət bildirərkən deyib.

Baş nazir Enerji və Təbii Ehtiyatlar Nazirliyində böhranın aradan qaldırılması ilə əlaqədar iş aparıldığını söyləyib: "Enerji təchizatında heç bir problem yoxdur. Əlaqə xətlərində problemin olduğunu düşünürük. Bütün ehtimalları araşdırırıq. Terror ehtimalı istiqamətində də araşdırmalar aparırıq”.

Ə. Davudoğlu məsələ ilə bağlı hər saat başı açıqlama veriləcəyini deyib.

Enerji və təbii ehtiyatlar naziri Taner Yıldız hadisənin müxtəlif səbəblərdən baş verə biləcəyini qeyd edib: “Detallar araşdırılacaq. Hazırda ən vacib məsələ şəbəkəni bərpa etməkdir. Bu, tez-tez qarşılaşdığımız bir hadisə deyil. Enerji kəsiləndən bəri qəza çox, vaxt isə azdır. Hadisə elektrik xətlərindən qaynaqlana bilər. Prosesi izləyirik”.

Qeyd edək ki, ki bu gün Türkiyədə yerli vaxtla saat 10:36-dan etibarən Ankara və İstanbul kimi böyük şəhərlər də daxil olmaqla, bütün ölkə boyu elektrik enerjisinin nəqli dayanıb. Metro, tramvay xətləri və xəstəxanalarda xidmətlərin dayanması əhalinin həyatına ciddi təsir edib. Təxminən saat yarım sonra bəzi ərazilərdə elektrik enerjisi ilə təminat bərpa edilib. Ankara və İstanbulun 15 faiz ərazisində, o cümlədən TBMM-də elektrik bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR