Bakıda 41 yaşlı qadın intihar edib

Bakıda 41 yaşlı qadın intihar edib
# 25 iyun 2016 12:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 41 yaşlı Zümrüd Qasımova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR