Gürcüstan prezidenti milli azlıqların məsələləri üzrə yeni müşavir təyin edib

Gürcüstan prezidenti milli azlıqların məsələləri üzrə yeni müşavir təyin edib
# 29 yanvar 2014 15:13 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan prezidenti milli azlıqların məsələləri üzrə yeni müşavir təyin edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu, milliyyətcə yunan olan Sofya Şamanididir.

Bu gün prezident onun müşavir təyin olunduğunu qeyri-hökumət təşkilatları ilə görüşündə elan edib. Sofya Şamanidi görüşdə çıxış edərək, özünün də milli azlıq nümayəndələrindən biri olduğunu və prezidentlə milli azlıqlar arasında vasitəçi olacağını bildirib: "Milli azlıq nümayəndələri ilə həmişə əlaqə yaratmağa çalışacaq, onların problemlərini öyrənəcəyəm. Mən etnik azlıqların problemləri ilə yaxşı tanışam və bu sahədə təcrübəm var. Çalışacağam ki, onlar milli mənsubiyyət və ənənələrini saxlasın, eyni zamanda ölkədə özlərini ikinci vətəndaş kimi hiss etməsinlər”.

Qeyd edək ki, Sofya Şamanidi yunan fəlsəfəsi üzrə professor kimi bir çox elmi əsərlərin müəllifi və redaktoru olub. O, həm də Aleksandr Onasis Fondunun, Gürcüstan prezidentinin iki dəfə təqaüdçüsü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR