“Expressbank” manatla kredit verməkdə davam edir - FOTO

“Expressbank” manatla kredit verməkdə davam edir - <span style="color: red;">FOTO
# 27 fevral 2015 08:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” müştərilərə milli valyutada kredit təklif etməkdə davam edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilər “Expressbank” filiallarına müraciət etməklə, manatla kredit rəsmiləşdirə bilərlər. Kreditin məbləği 10 000 manatadək, maksimal müddəti isə 36 ay ola bilər.

“Expressbank” həmçinin, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə kredit aksiyası keçirir. Aksiyanın şərtlərinə görə, nağd pul krediti götürmək istəyən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaqlar. Üstəlik xanım müştərilərə SmileCard taksit kartı hədiyyə ediləcək. Aksiya martın 8-dək davam edəcək.

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 180-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR