Axtarışda olan avtomobil Ağdamda tapılaraq sahibinə qaytarılıb

Axtarışda olan avtomobil Ağdamda tapılaraq sahibinə qaytarılıb
# 19 sentyabr 2015 07:10 (UTC +04:00)

Ağdam - APA. Axtarışda olan avtomobil Ağdamda tapılaraq sahibinə qaytarılıb.

 

Ağdam rayon Dövlət Yol Polisi Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Zaməddin Bayramova məxsus “VAZ-21011” markalı, 85-BZ-466 dövlət nömrə nişanlı avtomobil bir müddət əvvəl Bərdə rayon sakini Şamil Məmmədov tərəfindən qaçırılıb. Z. Bayramovun Bərdə rayon Polis Şöbəsinə etdiyi müraciətdən sonra həmin avtomobil Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

 

Ağdam rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həmin avtomobil ötən gecə Ağdam rayonu ərazisində saxlanılıb. Bu zaman sürücü Şamil Məmmədov avtomobildən düşərək yaxınlıqdakı meşəyə qaçıb. O, tutularaq polis şöbəsinə gətirilib. Avtomobil isə sahibinə qaytarılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR