Hanoyda “Xalqların taleyində liderlərin rolu” mövzusunda tədbir keçirilib - FOTO

Hanoyda  “Xalqların taleyində liderlərin rolu” mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTO
# 08 may 2015 10:05 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Vyetnamdakı Səfirliyi və Hanoyda fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalqların taleyində liderlərin rolu” mövzusunda tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirdə Vyetnamın bir sıra ali təhsil müəssisələrinin müəllim heyəti, tələbələri, gənc tədqiqatçıları və media nümayəndələri iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı Səfirliyinin 2-ci katibi Vasif Bədəlov Sovet dövründə və Azərbaycan müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi zaman əldə edilmiş uğurlar, Vyetnamın neft sənayesinin yaradılmasında Azərbaycanın rolu, o cümlədən bu sahədə kadrların hazırlanması üçün Vyetnamdan olan tələbələrin Azərbaycanda təhsil almasından danışıb.

Qeyd edilib ki, məhz Heydər Əliyevin güclü iradəsi və səyi nəticəsində 1994-cü ildə dünyanın nəhəng xarici neft şirkətlərinin ölkəmizə sərmayə yatırmasına nail olunub və “Əsrin müqaviləsi” imzalanıb.

Tədbirdə Heydər Əliyevin fəaliyyəti barədə video nümayiş etdirilib və 1983-cü ildə Vyetnama səfərini əks elətdirən foto-sərgi təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR