Cəmil Çiçək Azərbaycana gəlir

Cəmil Çiçək Azərbaycana gəlir
# 06 iyun 2014 14:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək iyunun 11-də Azərbaycana gələcək.

Türkdilli ölkələrin Parlament Assambleyasından APA-ya verilən məlumata görə, C. Çiçək qurumun Bakıda keçiriləcək V plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq.

Plenar sessiya iyunun 12-13-də keçiriləcək. Toplantıda TürkPA-nın illik fəaliyyəti təhlil ediləcək. Təşkilat katibliyinin ötən ilin büdcəsinin icrasına dair hesabatları dinləniləcək, təşkilati məsələlərə, o cümlədən TürkPA katibliyinin 2015-ci il üçün büdcə layihəsinə baxılacaq, təşkilatın VI plenar sessiyasının vaxtı və yeri müəyyən olunacaq. V plenar sessiyanın yekunları üzrə Bakı Bəyannaməsi qəbul ediləcək.

Sessiyaya MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti də qatılacaq.

Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) sədrlik Türkiyədən Azərbaycana keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR