Xudat Sərhəd Dəstəsinin zastavasında “Valideyn günü” keçirilib - FOTO

Xudat Sərhəd Dəstəsinin zastavasında “Valideyn günü” keçirilib - <span style="color: red;">FOTO
# 27 aprel 2013 15:42 (UTC +04:00)

Qusar. Vəli Turan – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi ərazisində yerləşən sərhəd zastavasında “Valideyn günü” keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qonaqlar sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olublar.

Xudat Sərhəd Dəstəsinin rəisi, polkovnik Rövşən Səfərov çıxış edərək valideyn, əsgər və hərbi hissə arasında əlaqələrin möhkəmləndirilməsində, hərbi kollektivdə sağlam mənəvi mühitin yaradılmasında bu kimi tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib. Valideynlərə Xudat Sərhəd Dəstəsinin tarixi haqqında məlumat verilib.

Tədbirdə DSX-də əldə olunan uğurları özündə əks etdirən fotoslayd nümayiş etdirilib.

Valideynlər sərhəd zastavasında yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər. Sonra xidmətdə fərqlənən hərbi qulluqçulara “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanı, fəxri fərman və qiymətli hədiyyələr, valideynlərə “Təşəkkür məktubları” təqdim edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR