Qubada motesiklet nənə ilə nəvəni vurub

Qubada motesiklet nənə ilə nəvəni vurub
# 27 oktyabr 2013 08:48 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Ötən gün Quba rayonunun Dağlı kəndində yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 1993-cü il təvəllüdlü Kərimov Sərdar Qəribağa oğlu idarə etdiyi motosikletlə yol keçmək istəyən nənə və nəvəni vurub.

Qəza nəticəsində Nazilə Əliyeva və onun nəvəsi, 2006-cı il təvəllüdlü Turan Əliyev müxtəlif bədən xəsarət alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta ağırdır.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR