Malena Mard: “Avropa Azərbaycana enerji tərəfdaşı kimi böyük önəm verir”

Malena Mard: “Avropa Azərbaycana enerji tərəfdaşı kimi böyük önəm verir”
# 02 aprel 2014 08:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığının yekunlarına dair hesabatına həsr olunmuş brifinqdə Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard deyib.

Onun sözlərinə görə, bu ilin yayında Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi, habelə readmissiya haqqında sazişlər qüvvəyə minəcək. O, həmçinin dünən Avropa Birliyində Şengen vizasının verilməsi prosedurunun asanlaşdırılması ilə bağlı təklifin irəli sürüldüyünü qeyd edib.

Səfir qeyd edib ki, hesabatda korrupsiyaya qarşı mübarizəyə dair milli proqramın icrası təklif olunur: “Biz “ASAN Xidmət”in uğurlu fəaliyyətini nəzərə alırıq. Həmçinin yaxşı idarəetmə və demokratiyanın vacibliyini vurğulamışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR