Tiflisdə gürcü yazıçılarının əsərləri Azərbaycan dilində nəşr edilib

Tiflisdə gürcü yazıçılarının əsərləri Azərbaycan dilində nəşr edilib
# 24 mart 2014 20:03 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabda gürcü nəsrinin 14 nəfər klassik və ən çox tanınan nümayəndələrinin Azərbaycan və azərbaycanlılar haqqında olan hekayə və povestlərindən ibarət irihəcmli antologiyası orijinaldan Azərbaycan dilinə tərcümə olunub.

Əsərləri Azərbaycan dilinə qocaman jurnalist Emin Mahmudov tərcümə edib. “Gürcü hekayələri” adlanan kitaba İ. Çavçavadze, V. Pşavela, Y. Qoqebaşvili, M. Cavaxişvili, K. Qamsaxurdia, G. Leonidze, Nuqzar Şataidze, Rezo Çeişvili, Naira Qelaşvili, Beso Xvedelidze, Quram Doçanaşvili, Quram Rçeulişvili və Teona Dolencaşvilinin hekayə, novella və povestləri daxil edilib.

Əsərlərdə gürcü xalqının məişəti, adət-ənənələri, mədəniyyət və ədəbiyyatı, ən başlıcası isə dost və qardaş azərbaycanlılara münasibətdən bəhs edilib. 363 səhifədən ibarət yeni kitab “Qafqaz Evi” Mədəniyyət Əlaqələri Mərkəzinin direktoru, gürcü yazıçısı Naira Qelaşvilinin tövsiyyəsi ilə tərcümə olunub. Qeyd edək ki, bu kitab tərcüməçi Emin Mahmudovun gürcü dilindən dilimizə tərcümə etdiyi beşinci kitabıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR