Azərbaycanda iki azyaşlı yük maşınının altında qalıb, onlardan biri ölüb, digərinin vəziyyəti ağırdır

Azərbaycanda iki azyaşlı yük maşınının altında qalıb, onlardan biri ölüb, digərinin vəziyyəti ağırdır
# 30 noyabr 2013 07:45 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Yevlax rayon sakinləri - 2001-ci il təvəllüdlü Vüsalə Saleh qızı Kərimova və 2008-ci il təvəllüdlü Könül Anar qızı Kərimova məişət tullantıları daşıyan yük maşınının altında oynayarkən maşın hərəkətə gəlib. Nəticədə yük maşınının altında qalan V.Kərimova dünyasını dəyişib, K.Kərimova isə xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, sürücü azyaşlıların maşının altında olmasından xəbərsiz olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR