Azərbaycanda sığorta fəaliyyəti üçün lisenziyanı elektron formada almaq mümkün olacaq

 Azərbaycanda sığorta fəaliyyəti üçün lisenziyanı elektron formada almaq mümkün olacaq
# 29 may 2013 14:06 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda sığorta fəaliyyəti ilə bağlı lisenziyaları elektron müraciət etməklə almaq mümkün olacaq. «APA-Economics»in məlumatına görə, Maliyyə Nazirliyi «Sığorta, təkrar sığorta, sığorta brokeri, sığorta agenti fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati Reqlament»in təsdiq edilməsi haqqında qərar qəbul edib.

İnzibati reqlament Maliyyə Nazirliyi (sığorta nəzarəti orqanı) tərəfindən hüquqi şəxslərə sığorta fəaliyyətinə və təkrar sığorta fəaliyyətinə, həmçinin hüquqi və fiziki şəxslərə sığorta brokeri fəaliyyətinə və sığorta agenti fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR