AFFA hakimləri təhqir edən klub rəsmilərinə ağır cəza verib

AFFA hakimləri təhqir edən klub rəsmilərinə ağır cəza verib
# 17 sentyabr 2013 10:30 (UTC +04:00)

“Neftçi” ilə oyunun 76-cı dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə oradan kənarlaşdırılan “İnter”in baş məşqçisi Kaxaber Sxadadze 1 oyunluq cəzalanıb və klubu 1000 manat cərimələnib (maddə 62). Onun matç başa çatdıqdan sonra mətbuat konfransında ikinci dəfə iştirak etməməsi daha 2000 manat cərimə ilə nəticələnib. Görüşün 83-cü dəqiqəsində “İnter”in futbolçusu Abdulla Abatsiyevlə “Neftçi”nin oyunçusu Bruno Bertuççi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıblar. Bu üzdən hər iki futbolçu 1 oyunluq cəzalanıb, klublar hərəyə 200 manat cərimə olunub.


“Rəvan”la matçının 54-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün onlar 2000 manat ziyana düşüb.

“Xəzər Lənkəran” – “Bakı” matçı da cəzalarla zəngin olub. Bakılılar 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün 1000 manat cərimələnib. Oyunun 8-ci dəqiqəsində “Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırldığı üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimələnib. Matçın fasiləsi zamanı hakimləri təhqir edən “Bakı”nın baş meneceri Zeynal Məmmədovun da cəzası eyni olub.

AZAL - “Qəbələ” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat ödəyəcək. Qarşılaşmanın 50-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Amit Quluzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubunu 200 manat xərcə salıb. Qarşılaşmanın 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun məşqçiləri Dmitri Kramarenko, Sənan Qurbanov, klubun inzibatçıları Vüqar Məmmədov və Şirin Tahirov texniki zona qaydalarını pozduqlarına görə hər bir şəxs 1 oyunluq cəzalanıb. Klub isə 4 rəsmisi ümumilikdə 4000 manat cərimələnib. Oyun başa çatdıqdan sonra “Qəbələ”nin məşqçisi Andrey Syomin hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzaya alyıq görülüb və klub 5000 manat cəriməyə məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR