Azərbaycanda əczaçılıq məhsullarının istehsalında artım qeydə alınıb

Azərbaycanda əczaçılıq məhsullarının istehsalında artım qeydə alınıb
# 23 noyabr 2013 09:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatların istehsalı müəssisələri tərəfindən 218,8 milyon manatlıq məhsul istehsal edilib.


APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə kimya sənayesində 18,4%, əczaçılıq məhsullarının istehsalında 15,8% artım, rezin və plastmas məmulatların istehsalında isə 4,8% azalma müşahidə olunub.

Əsas kimya məhsullarından izopropil spirtinin istehsalı 77,2%, polietilen istehsalı 13,8% və lak-boya məmulatlarının istehsalı 27,2%, propilen istehsalı isə 0,9% artıb.

Rezin və plastmas məmulatlarından polimer örtüklərin istehsalı 24,3%, məsaməli poliuretan lövhələrin istehsalı 9,3% və polietilen boruların istehsalı 6,6% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR