Bu gecə Neftçilər prospekti və Azneft dairəsində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Bu gecə Neftçilər prospekti və Azneft dairəsində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
# 09 aprel 2014 13:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakının “Neftçilər” prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

“Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbayel rayonu Neftçilər prospekti və Azneft dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən (2 zolaqda) məhdudlaşdırılacaq.


Qeyd edək ki, ötən gün qeyd olunana ərazidə rənglənmə işləri barədə NİİM məlumat yaymışdı. Amma ötən gün gecə saatlarında yağan yağışla əlaqədar rəngləmə işlərini tamamlamaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR