Gəncədə 63 yaşlı qadının oğlu ilə birlikdə dələduzluq etdiyi aşkarlanıb

Gəncədə 63 yaşlı qadının oğlu ilə birlikdə dələduzluq etdiyi aşkarlanıb
# 19 aprel 2014 11:16 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Gəncədə 63 yaşlı qadın və oğlu yerli sakini aldadaraq pulunu mənimsəyiblər.

Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1972-ci il təvəllüdlü Mətanət Səfərova polisə ərizə ilə müraciət edərək bildirib ki, Nadirə adlı qadın və Məmməd adlı oğlu onun həyat yoldaşı Rövşən Səfərovu təqaüdə çıxaracaqları ilə aldadaraq 3 min manat pulunu alıblar.

Polisin araşdırması zamanı məlum olub ki, Gəncə şəhər sakinləri - 63 yaşlı Nadirə Kərimova 35 yaşlı oğlu, məhkumluq həyatı yaşamış Məmməd Kərimovla əlbir olaraq M. Səfərovanın etibarından sui-istifadə edib ondan hissə-hissə 3 min manat pulunu mənimsəyərək dələduzluq ediblər.

Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR