Ukraynada Regionlar Partiyası hakimiyyət orqanlarını müdafiə etmək məqsədi ilə tərəfdarlarını səfərbər etdiyini elan edib

Ukraynada Regionlar Partiyası hakimiyyət orqanlarını müdafiə etmək məqsədi ilə tərəfdarlarını səfərbər etdiyini elan edib
# 04 dekabr 2013 04:30 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Regionlar Partiyasının ötən gün yaydığı bəyanatında deyilir.

“Son bir neçə günün dramatik hadisələri müxalif siyasi qüvvələrin hakimiyyəti ələ keçirməyə yönəlmiş cinayətkar niyyətlərini, güc ssenarisinin fəal mərhələsinə başlamağa hazır olduqlarını aydın nümayiş etdirib. Müxalifət liderlərinin birbaşa göstərişi ilə ölkədə dövlət çevrilişi cəhdinə istiqamətləndirilmiş hərəkətlər addım-addım, məqsədyönlü şəkildə həyata keçirilir”, deyə partiyanın bəyanatında bildirilir.

Regionlar Partiyası bəyanatda həmçinin prezident Viktor Yanukoviçə tam dəstəklədiyini bildirib.

Bundan başqa, partiya Baş Prokurorluqdan inzibati binaların ələ keçirilməsinə, yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin hərəkətlərinə hüquqi qiymət verməsini tələb edib.

Regionlar Partiyası həmçinin etirazçılar tərəfindən bloklanmış hakimiyyət orqanlarının fəaliyyətini təmin etmək məqsədi ilə tərəfdarlarını səfərbər etdiyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR