İyunun sonu I Britaniya-Azərbaycan Yüksək Texnologiyalar Forumu keçiriləcək

İyunun sonu I Britaniya-Azərbaycan Yüksək Texnologiyalar Forumu keçiriləcək
# 05 iyun 2014 07:25 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında uğurla davam edən tərəfdaşlığın növbəti mərhələyə qədəm qoyduğu vurğulanıb, iqtisadi istiqamətlər üzrə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Qeyd edək ki, 23-24 iyunda Londonda İnternet İdarəçiliyi Problemləri üzrə Nazirlər Toplantısı, 25 iyunda isə I Britaniya-Azərbaycan Yüksək Texnologiyalar Forumu keçiriləcək. Sözügedən tədbirlərdə Ə.Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR