Oqtay Əsədov: “Qırğızıstanla Azərbaycanın iqtisadi sahədəki əməkdaşlığı mövcud potensiala cavab vermir”

Oqtay Əsədov: “Qırğızıstanla Azərbaycanın iqtisadi sahədəki əməkdaşlığı mövcud potensiala cavab vermir”
# 12 iyun 2014 13:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Qırğızıstan parlamentinin (Joqorku Keneş) sədri Asılbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə O. Əsədov deyib ki, son illər dövlətlərarası münasibətlərin intensiv xarakter alması gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır. O, təəssüflə bildirib ki, iqtisadi sahədəki əməkdaşlıq mövcud potensiala cavab vermir: “Ümid edirik ki, yaxın gələcəkdə bu sahədə dönüş yaranacaq”.

A. Jeenbekov ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib. Görüşdə TürkPA-nın 5-ci plenar iclasına hazırlıq məsələləri, parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR