Gənclər və idman naziri Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək
# 01 iyul 2014 07:48 (UTC +04:00)

Bakı - APA. Gənclər və idman naziri Azad Rəhimov iyulun 4-də Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinləri vətəndaşları qəbul edəcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, qəbul saat 11:00-da Quba şəhəri Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı, RİH-nin yanı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 3-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların Gənclər və İdman idarələri ilə əlaqə saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR