Ukrayna prezidenti müxalifəti danışıqlara çağırıb

Ukrayna prezidenti müxalifəti danışıqlara çağırıb
# 22 yanvar 2014 12:09 (UTC +04:00)

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, dövlət başçısı bəyanatında qeyd edib ki, Kiyevdəki münaqişəni sülh yolu nizamlamaq üçün hələ imkanlar var.

“Bir daha müxalifəti danışıqlar masasına keçməyə və qarşıdurmanı dayandırmağa çağırıram. Mən qan tökülməsinin əleyhinəyəm. İnsanları evlərinə qayıtmağa səsləyirəm. Biz Ukraynada sülh və sabitliyi bərpa etməliyik”, - deyə prezident vurğulayıb.

V. Yanukoviç həmçinin siyasi ekstremistlər tərəfindən Kiyevdə qızışdırılan iğtişaşlar nəticəsində baş vermiş ölüm hallarından təəssüfləndiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR