Hafiz Məmmədov İngiltərədə futbol klubunu rəsmən aldı - VİDEO

Hafiz Məmmədov İngiltərədə futbol klubunu rəsmən aldı - <span style="color: red;">VİDEO
# 11 iyun 2014 08:38 (UTC +04:00)

Bakı-APA. "Bakı” və Fransanın "Lans" futbol klublarının prezidenti Hafiz Məmmədov İngiltərənin "Şeffild Uensdey" klubunu rəsmən alıb. APA TV-nin xəbərinə görə, bu haqda "Şeffild Uensdey"in direktoru Milan Mindoriç klubun saytına bildirib. Yaxın günlərdə tərəflər arasında bu sövdələşməni İngiltərə Futbol Liqası təsdiq etməlidir.

Qeyd edək ki, "Şeffild Uensdey" İngiltərə birinci divizionunda mübarizə aparır. İngiltərənin ən qədim klublarından biri olan "Şeffild Uensdey" 1867-ci ildə yaradılıb. 1889-cu ildə qurulan futbol birliyinin təsisçilərindən biri və ilk çempion olub.

Ləqəbi “Bayquş” olan komanda premyer-liqada sonuncu dəfə 2000-ci ildə oynayıb. Sonra isə Çempionşip və birinci liqada mübarizə aparıb. Ötən mövsümdə isə onlar Çempionşipdə 16-cı pillədə qərarlaşıblar. Klubun direktoru 2010-cu ildə rəsmi olaraq 1 funta klubu alsa da, əvəzində 20 milyon funt-sterlinq borcun ödənilməsini ohdəsinə götürüb. Lakin 4 il ərzində klubun səhimlərini artıra bilməyib. Hafiz Məmmədov isə İngiltərə cempionatı ilə çoxdan maraqlandığını bildirmişdı.

"Şeffild Uensdey"in təklifi məni cəlb etdi. Belə bir klub tapdığım ücün çox şadam. Azərkeşlərə söz verirəm ki, zəfərlər əldə etmək ücün bütün səy və bacarağımı əsirgəməyəcəyəm" - deyə, Hafiz Məmmədov klibun saytına bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR