İrina Bokova yenidən UNESCO-nun baş direktoru seçilib

İrina Bokova yenidən UNESCO-nun baş direktoru seçilib
# 12 noyabr 2013 12:20 (UTC +04:00)

APA-nın xəbərinə görə, qərar bu gün UNESCO Baş Konfransının Parisdə keçirilən 37-ci sessiyasında qəbul olunub.

Xatırladaq ki, baş direktor 4 illiyə seçilir.

İ. Bokova 2009-cu ilin oktyabrında UNESCO-nun baş direktoru seçilib və bu vəzifəyə gələn ilk qadın olub. Bundan əvvəl o, Bolqarıstanın Fransa səfiri, 1996-97-ci illərdə isə Bolqarıstanın xaric işlər naziri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR