Azərbaycanda yaşayış evində baş verən partlayış nəticəsində bir ailəni dörd üzvü xəsarət alıb

Azərbaycanda yaşayış evində baş verən partlayış nəticəsində bir ailəni dörd üzvü xəsarət alıb
# 04 fevral 2014 10:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda yaşayış evində partlayış olub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 3-də, saat 14.30 radələrində Gəncə şəhəri Sevinc qəsəbə sakini Leyla Həsənovanın evində təbii qazın sızmasından yaranan ani partlayış nəticəsində baş verib. Hadisə nəticəsində dağıntı olmayıb, xəsarət alan L. Həsənovaya, qızı Könülə, oğlu Raminə və nəvəsi Leylaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR