Azərbaycanda bələdiyyələrin vergi və ödənişlərinin elektron uçotunun tətbiqi üzrə pilot layihənin icrasına başlanılıb

 Azərbaycanda bələdiyyələrin vergi və ödənişlərinin elektron uçotunun tətbiqi üzrə pilot layihənin icrasına başlanılıb
# 08 yanvar 2014 14:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi bələdiyyələrin vergi və ödənişlərinin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlikdə yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi qaydalarının təkmilləşdirilməsi və bu sahədə uçotun, habelə yerli vergilərin ödəyiciləri olan fiziki şəxslərin uçotunun elektron qaydada aparılmasının təmin edilməsi məqsədilə vergilər nazirinin əmrinə əsasən, 2014-cü ildə Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun tətbiqi üzrə pilot layihəsi həyata keçiriləcək.

Layihə çərçivəsində üç ay müddətində Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrinin vergi xidməti orqanlarının əməkdaşları üçün yerli vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun aparılması qaydalarının izahı ilə bağlı seminarların keçirilməsi planlaşdırılır. Bundan əlavə yerli vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin elektron uçotunun tətbiqinə texniki yardım göstərilməsi üçün mövcud mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də nəzərdə tutulur.

Əmrlə ərazi vergi orqanlarının rəhbərlərinə tapşırılıb ki, Vergilər Nazirliyinin Tədris Mərkəzində treninq keçmiş təlimçilər tərəfindən (Binəqədi, Saray və Şəmkir bələdiyyələri istisna olmaqla) bələdiyyələrin vergi xidməti orqanlarının əməkdaşları üçün yerli vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin elektron uçotunun aparılması qaydalarının izahı ilə bağlı müvafiq seminarların keçirilməsini təmin etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR