Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun sədrini qəbul edib - FOTO

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun sədrini qəbul edib - <span style="color: red;">FOTO
# 10 dekabr 2013 16:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 10-da Səudiyyə Ərəbistanı Krallığı Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan hökumətlərarası birgə komissiyasının həmsədri Əbdüllətif Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, qonaq yenidən prezident seçilməsi münasibətilə İ. Əliyevi təbrik edərək Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını deyib. O, Səudiyyə Ərəbistanının kralı əlahəzrət Abdullah bin Əbdüləziz Al Səudun ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduğunu söyləyib.

Azərbaycan prezidenti isə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın əsas tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlığı yüksək qiymətləndirən prezident, bu əməkdaşlığın böyük potensiala malik olduğunu söyləyib və bu istiqamətdə mühüm irəliləyişlər əldə ediləcəyinə əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR