Amerika Dövlətləri Təşkilatı Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı ola bilər

Amerika Dövlətləri Təşkilatı Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı ola bilər
# 14 may 2013 07:40 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva-APA. 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Amerika Dövlətləri Təşkilatının beynəlxalq əlaqələr üzrə direktoru Corc Sanin iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Amerika Dövlətləri Təşkilatının mədəniyyətlər arasında əməkdaşlığın və dialoqun genişlənməsində fəal iştirak etməsi, eləcə də Azərbaycan Respublikası və Amerika Dövlətləri Təşkilatı arasında münasibətlərin inkişafının təmin edilməsi məqsədilə forum çərçivəsində ikitərəfli müzakirələr aparılacaq.

Qeyd edək ki, İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

"Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçiriləcək forumunun əsas tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR