Mingəçevirdə 5 nəfər bir nəfəri amansızlıqla döyüb

Mingəçevirdə 5 nəfər bir nəfəri amansızlıqla döyüb
# 15 oktyabr 2013 14:44 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində kütləvi dava baş verib. Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Prospektlə hərəkət edən 10 DS 871 dövlət nömrə nişanlı “VAZ-2109” markalı minik maşınının sürücüsü, Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Nuriyev Fəxrəddin Aydın oğlu ilə naməlum avtomobilin sürücüsü və sərnişinləri arasında əlbəyaxa dava baş verib. Davaya Fəxrəddin Nuriyevin yolda tıxacın yaranmaması və yolun açılması üçün digər avtomobilin sürücüsünə iradını bildirməsi səbəb olub.

Xırda anlaşılmazlıq səbəbindən aralarında yaranan şəxsi münaqişə nəticəsində “VAZ-2109” markalı avtomobilin sürücüsü Fəxrəddin Nuriyev digər avtomobildən düşən 5 nəfər tərəfindən vəhşicəsinə döyülüb. Dava zamanı dəmir və kəsici alətlərdən istifadə olunub. Fəxrəddin Nuriyevi döyən şəxslər maşınla hadisə yerindən qaçıblar. F.Nuriyev ağır kəllə-beyin travması ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR