Türkiyənin xarici işlər naziri BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsini qəbul edib - FOTO

Türkiyənin xarici işlər naziri BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsini qəbul edib - <span style="color: red;">FOTO
# 25 oktyabr 2013 12:36 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Lahdar Brahimini qəbul edib.

APA-nın Türkiyə XİN-in saytına istinadən məlumata görə, görüşdə Suriya münaqişəsi ilə bağlı keçirilməli olan “Cenevrə-2” konfransına hazırlıq işləri müzakirə edilib. L.Brahimi isə Ə.Davudoğluna regionda keçirilən son görüşlər barədə məlumat verib.

Xarici işlər naziri Ə.Davudoğlu öz növbəsində Londonda Suriya mövzusu ilə bağlı nazirlər səviyyəsində baş tutan görüşdə qəbul olunan qərarlarına söykənərək, əldə edilən nəticələr və növbəti mərhələ haqqında Türkiyənin fikirlərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR