Bakıda Covanni Battista Perqolezinin “Qulluqçu xanım” operasının premyerası olacaq

Bakıda Covanni Battista Perqolezinin “Qulluqçu xanım” operasının premyerası olacaq
# 31 mart 2014 13:40 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Aprelin 5-də Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Covanni Battista Perqolezinin “Qulluqçu xanım” operasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas rolları İnarə Babayeva (Serpina), Anton Ferştandt (Doktor Uberto) və Fərid İbrahimov (Vespone) ifa edəcəklər.

Yeni tamaşanın quruluşçu rejissoru əməkdar artist İnarə Babayeva, musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Qeyd edək ki, operanın ilk tamaşası 1733-cü ildə baş tutub. Səhnə əsəri Azərbaycan Opera və Balet Teatrında ilk dəfə nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR