“Nar Mobile” ən sadiq abunəçilərini mükafatlandırıb - FOTO

“Nar Mobile” ən sadiq abunəçilərini mükafatlandırıb - <span style="color: red;">FOTO
# 01 aprel 2014 14:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayıb və qısa müddət ərzində Azərbaycanın telekommunikasiya və mobil rabitə bazarının aparıcı şirkətlərindən birinə çevrilib. Bu illər ərzində öz abunəçilərinin sonsuz rəğbətini qazanmağa nail olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu il 7 yaşını qeyd edən “Nar Mobile” özünün ən sadiq abunəçilərini mükafatlandırmaq qərarına gəlib. Belə ki, mobil operator yarandığı ilk gündən “Nar Mobile” xidmətlərindən davamlı istifadə edən ən sadiq abunəçilərinə dəyərli hədiyyələr verib.

“Nar Mobile” mobil operatorunun baş ofisində keçirilən mükafatlandırma mərasimində 7 illik uzun bir müddət ərzində mobil operatora loyallığı ilə seçilən abunəçilər - Anar Süleymanov, Şahmar Məhərrəmov, Malik Həsənov, Namiq Salmanov, Rəşad Məhərrəmov, Əkbər Mahmudov və Aqşin Fərzəliyev iştirak ediblər. Abunəçilərə hədiyyələri “Azerfon” şirkətinin Marketinq departamentinin direktoru Maksim Fyodorov təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR