Küveytdə parlament seçkiləri keçirilir

Küveytdə parlament seçkiləri keçirilir
# 27 iyul 2013 16:41 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün Küveytdə parlament seçkiləri keçirilir. APA-nın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, müxalifət son 8 ay ərzində artıq ikinci dəfədir keçirilən parlament seçkilərini boykot edir. Seçkilər iyulun 25-də keçirilməli olsa da, namizədlərin qeydiyyatında problem olduğuna görə səsvermə iyulun 27-dək təxirə salınıb. Seçkilərdə səs hüququna malik olan 440 min nəfər iştirak edə bilər. Onlar 50 deputat mandatı uğrunda mübarizə aparan 321 namizədə səs verməli olacaqlar.

Qeyd edək ki, ötən ilin dekabr ayında keçirilən parlament seçkilərdən sonra müxalif Milli Demokratik Alyans Partiyası seçkilərin nəticələrini tanımayaraq, parlamentin işində iştirakdan imtina edib. Bundan sonra, hakimiyyət seçki qanunvericiliyinə dəyişiklik edərək, seçkilərin yenidən keçirilməsinə dair qərar çıxarıb. Əsas dəyişikliklər ondan ibarətdir ki, əgər əvvəllər seçici dörd namizədə səs verə bilirdisə, bundan sonra yalnız bir nəfərə səs verməyə icazə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR