Cəzaçəkmə müəssisəsində qadağan edilmiş əşya aşkarlanıb

Cəzaçəkmə müəssisəsində qadağan edilmiş əşya aşkarlanıb
# 17 dekabr 2013 14:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 1987-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.3 və 318.2 maddələri ilə təqsirli bilinərək 7 il müddətinə həbs edilmiş, məhkum Loğman Kamal oğlu Məmmədovun kamerasına və üzərinə baxış keçirilib. Bu zaman ona məxsus yataq yerində yastığın altında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR