«Sazz Internet» Qubada fəaliyyətə başlayıb

«Sazz Internet» Qubada fəaliyyətə başlayıb
# 02 dekabr 2013 08:12 (UTC +04:00)

Bakı - APA-Economics. «Sazz Internet» simsiz internet provayderi (4G) Quba şəhərini də öz əhatə dairəsinə daxil edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra Qubada sürəti 10 Mbit/s-ə qədər olan genişzolaqlı, simsiz İnternet xidmətindən faydalanmaq mümkündür.

«SAZZ Internet»ə qoşulmaq üçün lazım olan avadanlıqlar USB modemi və «Wimaxion» simsiz portativ modemini əhatə edir. İstifadəçilərə modemləri və İnternetin keyfiyyətini 5 gün ərzində 200 MB daxilində sınaqdan keçirmək imkanı verilir.

Quba şəhərində «SAZZ Internet»ə qoşulmaq üçün Heydər Əliyev prospekti,17 (köhnə avtovağzalın yanı) ünvanına (tel.: (+994 70) 370 36 11) gəlmək kifayətdir. «Sazz Internet»in bütün satış məntəqələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərin ixtiyarındadır.

«Sazz Internet» xidmətinin əhatə dairəsinə Bakı və Abşeron, Gəncə, Mingəçevir, Balakən, Zaqatala, Qax, Quba, Qusar, Xaçmaz, Xırdalan və Sumqayıt şəhərləri daxildir. Yaxın vaxtlarda isə Lənkəran, Masallı, Astara və Lerik şəhərlərinin də «Sazz Internet»in əhatə dairəsinə daxil edilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR