Xasavyurtda iki silahlı zərərsizləşdirilib

Xasavyurtda iki silahlı zərərsizləşdirilib
# 02 yanvar 2014 19:28 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Xasavyurt şəhərinin ətrafında ötən gündən mühasirəyə alınmış iki silahlı öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin açıqlamasında deyilir.

Məlumata görə, uzun çəkən danışıqlardan sonra mühasirəyə alınmış evdən 2 yaşlı uşağı təxliyə etmək mümkün olub. Bəzi məlumatlara görə, evdə bir qadın da olub, lakin onun barəsində hələlik heç bir məlumat verilmir. Həmçinin öldürülən ikinci silahlının cinsi açıqlanmır.

Öldürülən silahlıların şəxsiyyəti barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR