Qaxda baş verən yol qəzasında üç nəfər xəsarət alıb - VİDEO

Qaxda baş verən yol qəzasında üç nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 27 yanvar 2014 23:04 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, üç nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol qəzası yanvarın 27-i axşam saatlarında Qax-Qorağan yolunun Əmircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Əliabad qəsəbə sakini, 35 yaşlı Natiq Məmmədov idarə etdiyi “Mersedes” markalı, 62 BH 178 dövlət nişan nömrəli avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən, qarşısına qəfildən at çıxması səbəbindən idarəetməni itirərək maşını yolun kənarındakı qoz ağacına çırpıb.

Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Natiq Məmmədov, onun Zaqatala rayonu Əliabad qəsəbəsindən olan sərnişinləri 58 yaşlı Qurban Ulxanov və Qurban Ulxanovun 25 yaşlı oğlu Cəmal Ulxanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Qax MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan Natiq Məmmədovun və Qurban Ulxanovun vəziyyəti orta stabil, Cəmal Ulxanovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hər üç yaralının müalicəsi Qax MRX-nın cərrahiyə şöbəsində aparılır. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR