Bərdədə traktor sürücüsü sükan arxasında ölüb - YENİLƏNİB

Bərdədə traktor sürücüsü sükan arxasında ölüb - <span style="color: red;">YENİLƏNİB
# 23 oktyabr 2013 11:57 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə rayonunda traktor sürücüsü sükan arxasında dünyasını dəyişib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Əyricə kənd sakini, 57 yaşlı Oqtay Sadıqov şəhərin Yeni Bakı küçəsində hərəkətdə olarkən ürək tutmasından ölüb. Onun idarə etdiyi traktor yoldan çıxaraq yol kənarındakı ağaca dirənib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit tibbi ekspertizaya aparılıb. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. Oqtay Qadıqov Bərdə Rayon Yol İstismar İdarəsinin işçisi olub.

Hadisə onun işdən çıxıb, evə qayıtdığı vaxt baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR