Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqəyə sənəd qəbulu noyabrın 20-də başa çatacaq

Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqəyə sənəd qəbulu noyabrın 20-də başa çatacaq
# 01 noyabr 2013 15:47 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Təhsil Nazirliyi tərəfindən təşkil olunan ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsinə sənədlərin qəbulu noyabrın 20-də başa çatacaq. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təhsil nazirinin 11 oktyabr 2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil edilən “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”ndə iştirak etmək istəyənlər müvafiq təkliflərini ənənəvi və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim edə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR