NATO-nun Avropadakı Qərargahında Azərbaycan müdafiə nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

NATO-nun Avropadakı Qərargahında Azərbaycan müdafiə nazirinin rəsmi qarşılanma mərasimi olub - <span style="color: red;">FOTO
# 03 iyun 2014 10:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə Belçika Krallığında rəsmi səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin ilk günü NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahında Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənovla general F.Bridlav arasında keçirilən görüşdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Sonra Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR