Azərbaycana qanunsuz yolla siqaret qutularının və arağın keçirilməsi qarşısı alınıb

Azərbaycana qanunsuz yolla siqaret qutularının və arağın keçirilməsi qarşısı alınıb
# 17 sentyabr 2013 08:02 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Tovuzda gömrük postundan qanunsuz olaraq avtomobildə siqaret qutularının və arağın keçirilməsi qarşısı alınıb.

APA-nın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsi və “Sınıq Körpü” gömrük postunun əməkdaşlarının birgə keçirdiyi tədbir nəticəsində Azərbaycan vətəndaşı Qədim Quliyevin idarə etdiyi “VAZ-21051” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda arxa oturacağın söykənəcəyinin arxasından 500 qutu “Marlboro” siqaretləri, yük yerində olan mühərrikin arxasından isə 27 ədəd 1,0 litrlik şüşə qablarda “Bolshoy” araqları aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR