Cəlilabadda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb - VİDEO

Cəlilabadda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2013 08:58 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 130-cu kilometrliyində - rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 51 yaşlı Əlibağış Xudabaxış oğlu Şükürovun idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qəfildən yoldan çıxaraq bir neçə dəfə fırlanmaqla yolun kənarına düşüb. Nəticədə sürücü Əlibağış Şükürov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Avtomobildə olan digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən verilən məlumata görə, onların vəziyyəti hazırda orta-sabitdir.

İlkin versiya kimi qəzanın avtomobil hərəkətdə olarkən qarşı tərəfdən gələn digər avtomobilin onun qarşısına çıxması səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR