Pakistanın Azərbaycandakı səfiri Elmar Məmmədyarovla görüşüb

Pakistanın Azərbaycandakı səfiri Elmar Məmmədyarovla görüşüb
# 12 dekabr 2013 15:10 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri İkramullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki dost və qardaş ölkə arasında münasibətlərin hazırkı durumundan, xüsusilə siyasi əlaqələrin yüksək səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Nazir E.Məmmədyarov səfir İkramullah Məhsudun ölkəmizdəki fəaliyyətini təqdir edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Pakistanlı diplomat öz növbəsində ölkəmizdə çalışdığı müddət ərzində ona yaradılmış şəraitdən məmnunluq bildirib və iki ölkə arasında əlaqələrin bundan sonra da yüksək səviyyədə qalacağına əminlik ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR